22 may - Beynəlxalq Bioloji Müxtəliflik Günüdür

2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyndən "Olaylar"a bildirilib ki, bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı "Razılaşmadan Fəaliyyətə: Biomüxtəlifliyin bərpası"dır.

Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31