Repititor sistemi ləğv edilməli, məktəbdə keçirilən dərslərə nəzarət artırılmalıdır - ÖZƏL

"Ölkədə təhsil sistemi çöküb. Ya qəsdən edirlər, ya da heç bir fikri olmayanlar əyləşiblər başda. Məktəblərdə faktiki olaraq dərs keçilmir, hər kəs məcburən yönəlib repititor dərslərinə. İndi elə hala salıblar ki, hətta bir və ikinci sinifdən məktəbdən sonra "hazırlığa"qalırlar. Nəyin hazırlığıdır bu, ikinci sinif şagirdi nəyə, hara hazırlaşır?" "Olaylar" xəbər verir ki, bunu deyən deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, valideyn görür ki, uşağı dərsi qavramır, öyrənə bilmir pul hesabına müəllim tutur. Əlavə pul qazanan müəllim isə öz enerjisini evində keçəcəyi dərsə saxlayır. Pulu, maddi imkanı olmayan valideynlərin istedadlı uşaqları "kor" olub gedir, bir "dur" deyən lazımdır bu prosesə, inanın ki, uçuruma gedirik, 30 il sonra düşüncəsiz, əzbərçi zehniyyətə malik, həyatdan heçnə anlamayan nəsil yetişəcək. Repititor sistemi ləğv edilməli, məktəbdə keçirilən dərslərə nəzarət edilməli dərs keyfiyyətlərini yüksəltmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31