Azərbaycan ordusunun nəzarətə alınan ərazilərdə möhkəmlənməsini əks etdirən görüntülər yayılıb - VİDEO
1 Aprel 2023 22:27 SosialOlaylar.az trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycan ordusunun Laçın rayonunda sərhəd zonasında bir müddət əvvəl nəzarətə götürdüyü ərazilərdə möhkəmlənməsini əks etdirən görüntülər yayılıb.
Xatırladaq ki, martın 30-da Müdafiə Nazirliyi yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldüyünü açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31