Bakının bu rayonunda su kəsiləcək

Bu gün Binəqədi rayonunun  bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb. Bildirilib ki, məhdudiyyətlər gün ərzində davam edəcək.
Səhmdar Cəmiyyətdən o da bildirilib ki, suyun verilməsində olan məhdudiyyət magistral su kəmərində aparılan təmir-bərpa işləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31