Rəcəb Tayyib Ərdoğan azərbaycanlı Sərvərlə görüşüb - FOTO
27 Fevral 2023 18:58 SosialTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi olan Adıyamana səfər edib.
Olaylar.az trend-ə istinadən bildirir ki, R.T.Ərdoğan burada köhnə avtomobili ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli ilə də görüşüb.
Qeyd edək ki, Sərvər Bəşirli köhnə avtomobili ilə Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım apararkən özü də bilmədən çəkilən fotosu ilə gündəm olub.
Sərvər Bəşirli bir neçə gün əvvəl zəlzələ bölgəsinə yollanaraq yardımla bağlı işlərdə iştirak edir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31