Nazir: "Xaricdə təhsil alan bəzi tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil"
27 Fevral 2023 17:22 SosialXaricdə təhsil alan bəzi tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil.
Olaylar.az "Report"-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, xaricdə təhsil alan hər hansı tələbə minimal şərtləri ödəyirsə Azərbaycanda təhsilini davam etdirməsi üçün şərait yaradılır: "Tələbə burada universitetə qəbul olmayıb reklamlarda nümayiş olunan sırf attestatla gedib xaricdə oxuyursa, onu qəbul edə bilmərik. Qəbul qaydalarımız var və buna uyğun olmayan tələbənin köçürülməsi edilmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31