Nazir: "Hər iki tələbədən biri mütləq təqaüd alır"

"Təqaüd yerlərinin sayı azalmayıb. Hər iki tələbədən biri mütləq təqaüd alır".

Olaylar.az "Report"-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, sadəcə əvvəlki illərlə müqayisədə universitetlər üçün nəzərdə tutulan dövlət sifarişli yerlərin sayı artır:

"Bu da əlavə taqüdlərin sayının azalması deməkdir. Amma bu, o demək deyil ki, təqaüd alanların sayı azalmır. Tələbələrin qiymətləri də məsələyə müəyyən qədər təsir edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31