Elm və Təhsil Nazirliyinin tabeliyində agentliklərin yaradılması may ayı üçün nəzərdə tutulub

Elm və Təhsil Nazirliyinin tabeliyində agentliklərin yaradılması may ayı üçün nəzərdə tutulub.

Olaylar.az "Report"-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, bu sahədə əsas iş geridə qalıb:

"Məsələnin hüquqi normativ tərəflərinə görə, müvafiq əsasnamə hazırlanıb və aidiyyəti üzrə göndərilib. Sadəcə "Elm haqqında" və "Təhsil haqqında" qanunlara müvafiq dəyişikliklər edilməlidir. Bu ilin may ayında agentliklərin yaradılması nəzərdə tutulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31