Qazinin bu ifasına "Səs Azərbaycan"ın münsifləri dönmədi - VİDEO

İctimai televiziyada yayımlanan "Səs Azərbaycan" yarışmasında maraqlı olay yaşanıb.

Nigar Camala hücum edən şəxs DANIŞDI:  "Nalayiq ifadələr işlətdi"

Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı Məbud Əhmədov özünü bu səhnədə sınayıb. Amma münsiflər (Gülyaz Məmmədova, Samirə Əliyeva, İlqar Xəyal) ona dönməyiblər. Etdikləri hərəkətdən peşman olan jürilər "Adam xəcalət çəkir. Siz artıq əsas qələbəni qazanmısınız" sözləri ilə təsəlli etməyə çalışıblar. Onlar hətta Məbudun yenidən oxumasını və səhvlərini düzəldməsini də istisna hal kimi xahiş ediblər.

Qeyd edək ki, Məbud əməliyyat masasında "Qarabağ" mahnının ifası ilə məşhurlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31