İcra başçısının jurnalistə cavabı gündəm oldu - "Sənə dəxli yoxdur" - VİDEO
27 Fevral 2023 10:53 SosialŞuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dünən Xocalı faciəsinin ildünümü ilə bağlı keçirilən anım mərasimində jurnalistlə dialoqu sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, "Toplum" TV-nin jurnalistinin Bayram Səfərova "Şuşaya gedə bilirsiniz?" sualına icra başçısı "sənə dəxli var?" cavabını verib.
Jurnalistin "axırıncı dəfə nə vaxt Şuşada olmusunuz?" sualına isə Səfərov "3 ay qabaq, yanvarda" deyə cavab verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31