Böyrək xəstəlikləri hansı səbəbdən yaranır? - ÖZƏL
24 Fevral 2023 11:47 Sosial"Böyrəklərdə xroniki xəstəliyinin yaranma səbəbləri müxtəlifdir. Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hansısa bir xəstəlik böyrəklərin xroniki xəstəliyinə səbəb ola bilər". "Olaylar" xəbər verir ki, bunu deyən nefroloq Elnur Fərəcovun sözlərinə görə, bu, ilk növbədə dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır: "Yüksək arterial təzyiqin nəticəsində yaranan hipertenziv nefropatiya fərqli tipli xroniki qlomerulonefritlər, kəskin gedişatlı vaskulitlər və başqa birincili və ya ikincili autoimmun xəstəliklərə aiddir. Xroniki pielonefrit, böyrək daş xəstəliyi və başqa müxtəlif səbəbli olan xroniki sidik yollarının infeksiyaları zamanında düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər. Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalarda fəaliyyətinin pozulmasına gətirir. Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada qəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. Qeyd olunan xəstəlikləri mövcud olan və ən önəmlisi həkim nəzarətində olmayan insanlar risk qrupunda olanları təşkil edir".