Mühafizə orderlərinin tətbiqində çətinliklər var - ÖZƏL
24 Fevral 2023 11:43 SosialMühafizə orderlərinin tətbiqi ilə bağlı bir sıra çətinliklər mövcuddur."Olaylar"ın məlumatına görə, bunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, zərərçəkən şəxslərə verilən orderlərin sayı baş vermiş hadisələrin sayına adekvat deyil: "Hazırda mövcud sahə üzrə təkliflər paketi hazırlanır. Təkliflər paketində qısamüddətli mühafizə orderlərinin müddəti və verilmə prosedurları ilə bağlı məsələlərin də öz əksini tapıb. Həmçinin zərər çəkmiş şəxslərin müdafiəsi üzrə əlaqələndirmə mexanizminin yaradılması, məişət zorakılığının kriminallaşdırılması, zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi qaydası və s. məsələlərlə bağlı təkliflər də Nazirlər Kabinetinə təqdim edilmişdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31