Qanunsuz ov edən xarici ölkə vətəndaşı cəzalandırılıb
23 Fevral 2023 16:11 SosialDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyən edilib. "Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31