Şamaxının elektrik təchizatı yenilənir - ÖZƏL - FOTO

"Şamaxı rayonunda da əhalinin dayanıqlı və sabit elektrik enerjisilə təminatının yaxşılaşdırılması məqsədilə  rayonun elektrik şəbəkəsi müasir standartlara uyğun yenilənir. Məlumat üçün  bildirmək istəyirəm ki, Şamaxı rayonunun bir çox kəndlərində sakinləri narahat edən məsələlər arasında elektrik enerjisi ilə təminatda yaranan problemlər durur. Elektrik xətlərinin dəyişdirilməsi, işıq dirəklərinin yeniləri ilə əvəzlənməsi və yeni transformatorların quraşdırılması kimi məsələlər seçicilərimin ən çox səsləndirdiyi müraciətlər arasında yer alır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, müraciətləri  nəzərə alaraq, "Azərişıq" ASC Şamaxı rayonun Mədrəsə qəsəbəsi və Kərkənc, Səfalı, Zarat-Xeybəri, Ərçiman kəndlərində elektrik şəbəkəsinin  əsaslı şəkildə yenidən qurulması işlərinə başlamışdır: "Azərişıq ASC tərəfindən görülən işlərlə yerində tanış olmaq məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə rayonun Mədrəsə qəsəbəsi, Kərkənc, Səfalı və Zarat-Xeybəri kəndlərində sakinlərlə görüşdük. Görüşdə Azərişıq ASC-nin Şimal-Qərb Regional Satış İdarəsinin rəisi Nəriman Mahmudov işlərin gedişatı barədə bizə geniş məlumat verdi və bildirdi ki, Mədrəsə qəsəbəsi və Kərkənc kəndində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan elektirik dirəkləri, naqilləri və transformatorlar dəyişdirilir, elektrik şəbəkəsi müasir standartlara cavab verən yeni texnologiyalar əsasında yenidən qurulur. Görüş zamanı çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya,  görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Mən də fürsətdə istifadə edərək rayonun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində göstərdikləri dəstəyə görə Milli Məclisin rəhbərliyinə, Azərişıq ASC-nin rəhbərliyinə dərin təşəkkürümü ifadə etmək istəyirəm. Məlumat üçün bildirirəm ki, "Azərişıq" ASC Ərçiman kəndində elektrik şəbəkəsinin yenilənməsi işlərini yaxın günlərdə  başlayacaq. Görüş zamanı seçiciləri maraqlandıran diğər problemlər də qeydə alındı. Bildirildi ki, onların qaldırdığı problemlərlə bağlı müvafiq qurumlara müraciət olunacaq, qanunvericilik çərçivəsində problemlərin həlli üçün bütün müvafiq addımlar atılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31