İcra başçılarının səyyar görüşləri nə dərəcədə səmərəlidir? - ÖZƏL
23 Fevral 2023 12:05 Sosial"Son aylarda bir sıra rayon icra hakimiyyətləri bəh-bəhlə başçıların səyyar qəbulları barədə məlumatları sosial media üzərindən paylaşırlar". "Olaylar" xəbər verir ki, bunu deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyin sədri Vüqar Tofiqlinin qeyd etdiyinə görə, demək olar ki, paylaşılan şəkillərdə və məlumatın mətnlərində elə də ciddi fərq olmasa, bəzi siyasi rəhbərlərin kamera qarşısında xüsusi olaraq dayandıqlarını görməmək mümkün deyil: "Hətta paytaxt rayonlarında təşkil edilən görüşlərdə eyni simaların görünməsi də artıq mənə təəcüblü gəlmir. Məhz bu vəziyyətlə yaxından tanış olmaq üçün siyasi rəhbərlərin səyyar görüşlərində iştirak etmək qərarına gəldim. Və maraqlı məqamların şahidi oldum. Son bir ay ərzində paytaxtın iki rayon icra hakimiyyətinin təşkil etdiyi səyyar görüşdə iştirak etdim. Məqsədim, yuxarıda yazdığım kimi, səyyar görüşlərin necə və hansı formatda təşkil edilməsi ilə maraqlanmaq idi. Bizim məqsədimiz aydın və konkretdir. Biz daim cənab Prezidentin məmurlardan tələb etdiyi sakinlərin məmnunluğunun təmin edilməsində vətəndaş cəmiyyətinin təmsilçisi olaraq öz töhfəmizi verməyə çalışırıq".