Dializ xəstələri övlad sahibi ola bilərmi? - ÖZƏL
23 Fevral 2023 11:55 Sosial"Dializ qəbul edən xanımların hamilə qalma ehtimalı çox aşağıdır və olduğu halda isə ciddi fəsədlaşma ehtimalı da çox yüksəkdir". "Olaylar" xəbər verir ki, bunu deyən nefroloq Elnur Fərəcovun sözlərinə görə, sağlam övlad sahibi olmaq yalnız böyrək transplantasiyadan sonra mümkün olur: "Transplantasiya olunan xanımlarda hamilə qalmaq və ana olmaq şansları böyrək xəstəliyi olmayan xanımlar ilə demək olar ki, eynidir. Böyrək transplantasiya əməliyyatından bir il gözləmə müddətindən sonra qəbul olunan preparatlarda dəyişiklər olunur və hamiləlik planlanlaşdırılır. Sevindirici hal ondan ibarətdir ki, artıq bizim ölkədə böyrək və qaraciyər transplantasiyadan sonra iki və hətta üç uşaq dünyada gətirən xanımlar var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31