Rəşadın həyat yoldaşı məşhur aparıcı imiş - Efirə gəldi, məlum oldu ki... - FOTO

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı ilə "Zaurla Günaydın" verilişinin qonağı olub.

Olaylar.az xəbər verir ki, məlum olub ki, sənətçinin həyat yoldaşı Gülnarə xanım eyni zamanda "Space" telekanalında aparıcı kimi də çalışıb.

Əməkdar artistin xanımı bildirib ki, artıq aparıcısı olduğu verilişdən uzaqlaşıb:

"Mən üç ay hər gün səhər 3 saat canlı efirdə idim. Artıq gördüm vaxtımı çox alır. Demək olar ki, günümün yarısı ora gedir. Səhər proqramı olduğu üçün o layihədən ayrıldım, başqa layihəyə keçdim".

Qeyd edək ki, Gülnarə xanım eyni zamanda məşhur həkim-pediatrdır.

Bu da verilişdən fotolar:

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31