Qənirə Paşayeva “Azərbaycan” jurnalı redaksiyasının rəhbər heyəti ilə görüşüb - ÖZƏL

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı -  100 yaşlı "Azərbaycan" jurnalının redaksiyasının rəhbər heyəti ilə görüşüb.  "Olaylar" xəbər verir ki, jurnalın baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, baş redaktorun müavini Südabə Ağabalayeva, məsul katib Vüsal Nuru və şöbə müdiri Məmməd Orucun iştirak etdiyi görüşdə jurnalın tarixindən, ənənələrindən, yubiley ilinə dair yaradıcılıq planlarından, redaksiyanın qayğılarından söz açılıb.
"Azərbaycan" jurnalının əlamətdar yubileyinin "Heydər Əliyev İli"nə düşdüyünü, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük himayədarı olan Ümummilli liderin anadan olmasının 100 ilinin tamam olduğunu vurğulayan Q.Paşayeva, 2023-cü ili jurnalın redaksiya heyəti üçün xüsusi il kimi xarakterizə edib.
Yubilyar jurnalın Azərbaycan ədəbi-mədəni mühitində 100 il boyu səmərəli xidmətlərini xatırladan Komitə sədri, əlamətdar yubiley münasibəti ilə jurnal rəhbərliyinə Qarabağ motivli xatirə hədiyyələri və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Təbrik məktubunda "Azərbaycan" jurnalının 100 illik fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31