Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəldi

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib. Ədliyyə Nazirliyndən "Olaylar"a daxil olan məlumata görə, Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 15.02.2023-cü ildə anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ "Mobil əhali" tətbiqi üzərindən dövlət qeydiyyatına alınmış və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31