Kiçik rayonlar ləğv edilir? – Yeni islahatların anonsu

"Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların keçirilməsi qaçılmaz olacaq".

YDM ərazisində açıq oddan istifadə edilən obyektlərin fəaliyyəti dayandırılıb

Bu sözləri Bizim.Media-ya iqtisadçı-ekspert Vüqar Oruc bələdiyyə institutunun normal fəaliyyəti və inkişafı mövzusunda danışarkən qeyd edib.

Onun sözlərinə görə olduqca kiçik rayonlar var ki, inzibati idarəetmə prinsiplər baxımından o qədər də əlverişli deyil:

"Bəzi rayonlarımızın 18-20 min əhalisi var. Elə rayonlar da var ki, infrastrukturu o qədər də inkişaf etməyib. Belə rayonu digər yaxın inkişaf etmiş bölgənin tabeçiliyinə vermək olar. Bu da həmin rayonun inkişafına səbəb ola bilər. Bir sözlə ayrı-ayrı kiçik idarəetmə subyektləri yaratmaq əvəzinə tam formalaşmış və inteqrasiya olunmuş az sayda məmur vasitəsilə, o cümlədən idarəetmə prinsipinin sadələşdirilmiş formasından istifadə etməklə idarəetməyə üstünlük vermək dövrün tələbidir. Bu həm də məsuliyyətin aydınlaşmasına səbəb olan bir prosesdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31