Şahin Əliyev vəzifəsindən azad edildi
22 Fevral 2023 15:08 SosialRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Şahin Əliyev vəzifəsindən ayrılıb.
O, Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Samir Rəsulova həvalə edilib.
ETX-dən "Report"un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31