Ötən ay 3,1 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.

Səs yazısı yayılan lisey direktoruna şiddətli töhmət verildi, sonuncu xəbərdarlıq edildi

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31