DSX Türkiyəyə növbəti dəfə ərzaq yardımı göndərib - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Türkiyəyə növbəti dəfə ərzaq yardımını yola salıb.

Pişiyi xilas etmək istədilər, dağıntılar altında qaldılar - VİDEO

DSX-dən Olaylar.az-a verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə DSX tərəfindən qardaş ölkəyə növbəti dəfə ərzaq yardımı göndərilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31