"Ramiz Novruz son zamanlar xəstəliyini gizlədirdi" - Dilarə Əliyeva
21 Fevral 2023 12:47 SosialXəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzla Yeni Yasamaldakı evində vida mərasimi keçirilir.
Mərasimdə iştirak edən Əməkdar artist Dilarə Əliyeva Axşam.az-a R.Novruzla bağlı xatirələrini bölüşüb:
"Xəstələnəndən sonra demək olar hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə zəng etmişdim, cavab vermirdi. Təəssüf edirəm ki, Ramiz müəllim kimi sənətkarımızı itiridik. Sözləri deyirəm, amma qulaqlarım inanmır. Həmişə yadımda zarafat edən, gülər üzü ilə qalacaq. Yolu gələdəndə yadıma salırdım ki, hər dəfə zarafat etməyə çalırşırdı. O, yumor hissi olanları da çox sevirdi. Deyirdi, "Ay Dilarə, fikir vermisən, serialllarda, filmlərdə axırda alınmayan kadrları verirlər, guya ki, o birilər alınıb.
Deyib-gülməyi sevirdi. Ona görə də son zamanlar xəstəliyini və zəifləməsini inasnlardan gizlədirdi. Heyif ki, onun kimi nadir sənətkarlar az hallarda ekrana gəlirdi".