Yardımlıda Xocalı soyqırımı yad edilib - ÖZƏL - FOTO
21 Fevral 2023 11:38 Sosial21 fevral 2023-cü il tarixdə Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib. "Olaylar" xəbər verir ki, Muzeyin fond müdiri İlqar Həsənov çıxış edərək ilk öncə Xocalı qurbanlarının və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib . İ.Həsənov çıxışında bildirib ki , fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Daha sonra muzey əməkdaşı Anar Baloğlanlı və Əlisəfa Əhmədoğlu da çıxış edərək öz fikirlərini qeyd ediblər . Sonda xatirə fotoları çəkilib.
