Ramiz Novruzla vida mərasimi keçirilir
21 Fevral 2023 10:30 SosialÖtən gün dünyasını dəyişən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir.
Olaylar.az Kult.az-a istinadən xəbər verir ki, Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31