Tiktoker Səbuhi Xanlarov və Rövşən Süleymanzadə polisə çağırıldılar

Musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup "Tik-tok" istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

 

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. 

O bildirib ki, polis orqanına dəvət olunan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31