Nuridə Allahyarova vəzifəsindən azad edildi

Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova işdən çıxarılıb.

Nazirliyin yeni rəhbərliyi həmin posta yeni kadr axtarmağa başlayıb.

Məlumata görə, N.Allahyarovanın işdən çıxarılması ilə bağlı hələlik rəsmi əmr yoxdur. O, nazirliklə yollarının ayrılacağını dəqiqləşdirdikdən sonra öz hesabına 3 aylıq məzuniyyət götürüb.

Məsələni dəqiqləşdirmək üçün Bakupost.az -ın əməkdaşının N.Allahyarova ilə danışmaq cəhdləri baş tutmayıb, o heç bir zəngə cavab verməyib.

Nazirlikdən aldığımız məlumatda isə bildirilib ki, o, hazırda öz xidməti otağındadır, lakin sabahdan işdə olmayacaq.

Qeyd edək ki, N. Allahyarova ötən ilin fevralında sabiq mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə nazirlikdə vəzifəyə təyin olunmuşdu.

Anar Kərimov dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31