Vətəndaş qəbulunun vaxtı dəyişdirilib
20 Fevral 2023 13:34 SosialƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin Ağsu rayonunda fevralın 23-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, qəbul fevralın 28-nə təyn edilib.Vətəndaşlar fevralın 22-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31