Novruz bayramında bu tarixlərdə iş olmayacaq
20 Fevral 2023 11:44 SosialQarşıdan gələn Novruz bayramında 5 gün qeyr-iş günü olacaq.
Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.
Qeyd edək ki, sabah ilk çərşənbə - Su çərşənbəsidir. Fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31