Ordumuzun polkovnik-leytenantı şəhid oldu - YENİLƏNİB - FOTO
20 Fevral 2023 10:27 SosialAzərbaycan Ordusunun zabiti vəfat edib.
Olaylar.az xəbər verir ki, topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant Ağayev Vüqar Şümşad oğlu Laçın rayonu istiqamətində xidmət tapşırıqları üzrə vəzifələrini yerinə yetirərkən şəhid olub.
Hərbçimizin ölüm səbəbi hələlik dəqiq bilinmir. İlkin ehtimallara görə, o, ürəktutmasından vəfat edib.
V.Ağayev bu gün Kürdəmirdə dəfn olunacaq.
Qeyd edək ki, polkovnik-leytenat Vüqar Ağayev 44 günlük Vətən Müharibəsi zamanı döyüş fəaliyyətlərinin planlaşdırılması və yerinə yetirilməsi zamanı göstərdiyi yüksək xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdi.
Allah rəhmət eləsin!
***
***
Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.
Bu barədə Olaylar.az -a Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir.
Allah rəhmət eləsin!

