Gah küsüb, gah da barışırlar... - VİDEO

Uzun müddətdir bir küsüb, bir barışan Ülviyyə Xəlilbəyli və Murad İsmayılın səmimi görüntüləri yayılıb.

Olaylar.az olay-a istinadən xəbər verir ki, cütlük ötən gün dostlarından birinin toyunda iştirak edib. Onlar birlikdə foto və videolarını instaqramda paylaşmasalar da, məclisdəki səmimiyyətləri gözdən qaçmayıb.

Hətta Murad mahnı ifa etdiyi zaman zalda əyləşən xanımını rəqsə qaldırıb. Buna baxmayaraq onlar hələ də instaqramda bir-birilərini yenidən izləməyə başlamayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31