Hərbi həkimlərimiz Kahramanmaraşda 61 cərrahi əməliyyat icra ediblər - FOTO
17 Fevral 2023 14:56 SosialAzərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərməyə davam edir.
https://olaylar.az/news/sosial/498882
MN-dən Olaylar.az-a verilən məlumata görə, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Növbəti 36 cərrahi əməliyyatı uğurla icra edən tibb personalı, eyni zamanda xəsarət alan 223 nəfərə də ambulator yardım göstərib.
Bu günədək ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 61 cərrahi əməliyyat icra olunub, 419 nəfər isə müayinə edilib və onlara ambulator yardım göstərilib.
Qardaş ölkədə fəaliyyəti yüksək qiymətləndirilən təcrübəli hərbi tibb personalımıza xatirə hədiyyəsi təqdim edilib.

