Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
16 Fevral 2023 18:53 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 243 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 95, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31