Yanvarda 195-1 Çağrı Mərkəzinə 55 mindən çox müraciət olub
16 Fevral 2023 15:45 Sosial2023-cü ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 55656 müraciət daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.Qeyd edək ki, vətəndaşlar İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış vahid platforma - 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31