Deputat Türkiyədə təhsil alan tələbələrlə bağlı çağırış etdi
16 Fevral 2023 15:54 Sosial"Türkiyədə 27 minə yaxın təhsil alan azərbaycanlı tələbə var. Onlayın təhsillə keçidlə bağlı tələbələr Azərbaycana gəlmək istəsə də, bilet bahalığı ucbatından bunu edə bilmirlər, quru sərhədləri də bağlıdır. Onlar Azərbaycan vətəndaşlarıdır, planlaşdırlmamış təbii fəlakətin nəticəsində bu ağır vəziyyətə düşdülər. Tələbənin pulu olmur, hər zaman maddi dəstəyə ehtiyacı var. Ona görə də hökumət bununla bağlı qərar verib, onları pulsuz olaraq çarter reysləri ilə Azərbaycana gətirməlidir. Onlar bizim vətəndaşlarımızdır, niyə biz onlardan pul güdməliyik?" "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib. Bilidirb ki, bu gün Azərbaycan vətəndaşları, hökumət səfərbər olaraq Türkiyəyə kömək edir: "Biz səfərbər olub tələbələrimizi də ölkəyə gətirək. Onları gətirməyə dövlətimizin gücü yoxdurmu? Təbii ki, var. Sadəcə təşkil etmək lazımdır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Onların ölkəyə gətirilməsi pulsuz təşkil edilsə, dövlətimiz, xalqımız adına şərəfli bir iş olar".