Tələbələrə nəqliyyatda 50 faiz güzəşt edilsin - ÖZƏL

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra qardaş ölkənin ali təhsil müəssisələrinin onlayn tədrisə keçməsi yenidən bu ölkədə oxuyan azərbaycanlı gənclərin respublikaya dönüşündə problemlərə yol açıb. Belə ki, quru sərhədlərinin bağlı olması, təyyarə biletlərinin isə həddən artıq bahalığı gənclərimizin Azərbaycana geri dönməsini çətinləşdirir. Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov təklif edir ki, bu problemi aradan qaldırmaq üçün tələbələrə gediş haqlarında 50 faizlik güzəşt tətbiq olunmalıdır. "OLAYLAR"-a verdiyi açıqlamada İctimai Birlik sədri deyib ki,  güzəştlər bütün nəqliyyat növlərində tətbiq olunmalıdır: "Həmçinin, Azərbaycan universitetlərində təhsil alan bütün tələbələr, xarici ölkə vətəndaşlarına da daxil olmaqla nəqliyyatın bütün vasitələrindən istifadəyə görə 50 faiz güzət edilməlidir.  Daha da inkişaf etmiş cəmiyyət üçün, gələcəyin aydınlarına bu gün dəstək olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31