Naxçıvanda növbəti yoxlama: çatışmazlıqlar aşkarlandı

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinq keçirilib.

Olaylar.az  APA-ya istinadən xəbər verir ki, Babək rayonunun Nehrəm qəsəbəsi, Çeşməbasar və Güznüt kəndləri ərazisində keçirilən monitorinq zamanı ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilib, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilib.

Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılıb və su nümunələri götürülüb. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilib. Bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməyə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31