Qrip virusuna yoluxma zamanı antibiotik qəbulu səmərəsizdir - ÖZƏL

"Hazırda kütləvi hal almış, yüksək hərarət, öskürəklə müşayət olunan xəstəlikdən bir çox körpə əziyyət çəkir. Valideynlər isə ilk addım olaraq həkim məsləhəti olmadan antibiotiklərdən istifadəyə qərar verirlər". "Olaylar" xəbər verir ki, bunu deyən Pediatr DR.Nigar Süleymanovanın sözlərinə görə, antibiotiklər əslində bakteriyaları məhv etmək üçün nəzərdə tutulan dərman preparatlarıdır. Tənəffüs sistemi, bağırsaq, böyrək və sidik yolları xəstəlikləri zamanı antibiotiklərdən geniş istifadə olunur: "Lakin xəstəlikdən asılı olaraq antibiotiklər dəyişir və onun uzun müddət istifadəsi düzgün deyil. Antibiotiklər mikrobların artıb törəməsinin qarşısını alan, onları məhv edən maddədir. Bu maddə təbii və ya yarımsintetik şəkildə bitki və kimyəvi mənşəli məhsullardan alınır. Orqanizmə daxil olan istənilən antibiotik kənar mikrobların məhvinə hədəflənir. Yersiz istifadə olunanda bizə lazım olan bakteriyaları da öldürür ki, nəticədə balans pozulur. Müəyyən analizlərdən sonra düzgün diaqnozun qoyulması ilə xəstəliyin müalicəsində antibiotikə ehtiyac olub-olmadığını müəyyən etmək mümkündür. Qrip virusuna yoluxma zamanı antibiotik qəbulu səmərəsizdir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31