Xaricdən mobil telefon gətirənlər nə qədər rüsum ödəyəcəklər? - ÖZƏL

"Bundan sonra xarici ölkələrdən gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək". Bunu "Olaylar"a deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, hazırda tətbiq ediləcək rüsumun nə qədər olacağı vətəndaşların maraq dairəsindədir: "Məlumat üçün qeyd edim ki, artıq telefonu gətirən şəxslər onun dəyərinin 36 faizi həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar. Belə ki, Vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir. Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollara görə ödənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31