Türkiyəyə 25 vaqon yardım göndəriləcək
15 Fevral 2023 19:19 SosialQardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycandan bu ölkəyə humanitar yardımların göndərilməsi davam edir.
"OLAYLAR"-ın Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, növbəti yardım dəmir yolu nəqliyyatı vasitəsilə göndəriləcək.
Məlumata görə, Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədilə fevralın 16-da Sumqayıt Dəmiryolu stansiyasından 25 vaqondan ibarət yardımlar yola salınacaq.
Yardımların yola salınması mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edəcək.
Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31