Xınalıq kəndinə 10 santimetrdən çox qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.

Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.

Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.

Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31