DİM magistratura imtahanında iştirak etmək istəyənlərə müraciət edib
20 May 2022 15:16 SosialMəlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı (II cəhd) mayın 29-da keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, "İmtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi" mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31