Baş Prokurorluq "Instagram"da CANLI YAYIM açacaq

Fevralın 15-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayım keçiriləcək.

Olaylar.az bildirir ki, Baş Prokurorluqdan verilən məlumata görə, vətəndaşlar arasında keçirilmiş sorğu zamanı maksimum səs yığan Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vətəndaşları maraqlandıran sualları cavablandıracaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31