Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
11 Fevral 2022 18:45 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6603 yeni yoluxma faktı qeydə alınıb, 6347 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256 nəfər müalicə olunaraq sağalıb, 8998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 126 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 401, ötən müddət ərzində isə ümumilikdə 6 352 994 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31