Bakının bu hissələrində su kəsiləcək - Azərsu ASC

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 11 fevral 2022-ci il tarixində axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Olaylar.az bildirir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.

Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31