Ədalət Muradov vəzifəli şəxsin oğlunu direktor təyin etdi - FOTO
11 Fevral 2022 16:31 SosialAzərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinə yeni direktor təyin edilib.
Olaylar.az xəbər verir ki, rektor Ədalət Muradovun müvafiq əmri ilə Universitetin Karyera Mərkəzinin direktoru Sənan Vəkil oğlu Həsənov təyin edilib.
Bildirək ki, yeni direktorun atası Vəkil Həsənov da Azərbaycan Dövlət İqtisad Universitetində çalışır, o, tarix kafedrasının müdiridir.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin əvvəlki direktoru Ramil Cabbarov bir müddət bundan əvvəl Gənclər və İdman nazirinin müşaviri təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31