“Geniş açıqlama verə bilməyəcəyəm” – Rövnəq Abdullayev danışdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rövnəq İbrahim oğlu Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Olaylar.az bildirir ki, sözügedən Sərəncamla bağlı Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayev "Unikal"a açıqlama verib:

"Cənab Prezident İlham Əliyevin məni Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edərək, iqtisadiyyat nazirinin müavini təyin edib. Prezidentin sözügedən sərəncamını yüksək qiymətləndirirəm. Buradakı işimə yeni təyin olunduğum üçün geniş açıqlama verə bilməyəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31