Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 027 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2039, buster doza üzrə vaksinasiya olunanların sayı isə 37 843 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 349 272, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 758 803, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 331 851 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31