Müharibə əlilləri üçün xüsusi şöbə yaradılır

Vətən müharibəsi yaralıları, müharibə əlilləri, şəhid ailələrinin tibbi ehtiyaclarının qarşılanması üçün xüsusi şöbə yaradılır.

Olaylar.az  xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu şöbə həmin şəxslərlə işləri tənzimləyərək onların istək və tələblərini təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31